• Propolis-Təbii Müdafiə Mənbəyi

    Əgər kimin evində propolis (vərəmum) varsa, istər spirtdə, suda çıxarışı və ya bərk hissə o zaman boğaz ağrısı, burun axması, öskürək, qida borusu və mədə xəstlikləri, bağırsaqlarda spazm-köp, tez-tez xəstələnmə halları, sistit, dəri səpgiləri və s. aradan götürülər. Ailədə uşaqdan-böyüyə hər kəsin rahatlıqla istifadə etdiyi bu möcüzə bilmədiyimiz hələ o qədər faydaları ilə xorniki sağalmaz xəstəliklərdə belə effekt göstərir. Arılar çöldən yem gətirən zaman yeşiklərin girişindən keçəndə ayaqlarını propolis sərilmiş yerə basırlar ki, ayaqları dezinfeksiya olunsun və yeşiyin içinə mikrob gətirməsinlər. Bundan əlavə yeşiyin açıq qalan deşiklərini də propolislə tuturlar. Onu da nəzərinizə çatdırım ki, arıların ayaqlarının altındakı propolisin tərkibi yeşiyin başqa yerindəki propolisin tərkibi ilə eyni deyildir. Daha dəqiq desək, ayaq altındakı propolis daha keyfiyyətlidir, antibakterial maddələrlə daha zəngindir. Propolis alanda belə nüanslara diqqət etmək önəmlidir. Arılar yuvaya girmiş böyük həşəratları öldürəndən sonra bayıra çıxarmağa gücləri çatmayanda, onun üzərini propolislə örtürlər, bir növ, mumyalayırlar. Belə mumyalanan həşərat xarab olmadan illərlə qalır və heç bir ziyan vermir.

    Propolis (vərəmum) – təbii antibiotikdir. Həmçinin propolisin analgetik (keyidici) xüsusiyyəti çoxdur. Buna görə də ağız boşluğunda, boğazda olan yaraların müalicəsində və güclü diş ağrılarında 20% li propolis məhlulu ilə həm qarqara olunur, həm də daxilə qəbul edilir. Bundan başqa həm daxili göbələklər, viruslar zamanı, həm də dərinin göbələk zədələnmələrində ən faydalı təbii vasitə yenə də 20%–li propolis məhluludur. Belə ki, dərinin göbələk xəstəlikləri zamanı gündə 2 dəfə zədəli nahiyələr pambığa batırılmış propolis məhlulu ilə silinir. Daxilə isə gündə 3 dəfə 1 çay qaşığı yarım stəkan suya qarışdırılıb içilir.

    Propolis zəngin tərkibinə görə çox güclü immunostimulyatordur.

    –Propolisin tərkibindəki flavonoidlər və polifenollar onu xərçəngin müalicə və profilaktikasında faydalı edir.

    – Dəri səpgilərində, sızanaqlarda, seboreik dermatitlərdə xaricə istifadə olunur.

    – Mikrob xəstəliklərində, revmatizmdə, revmatoid poliartritdə həm ağrıları azaltmaq üçün oynağa çəkilir, həm də 20 faizli məhlulu daxilə qəbul olunur. Bu zaman propolis məcunundan istifadə etmək çox faydalıdır.

    Hazırlanması:

    50 qram propolis soyuducuda dondurulur, sonra həvəngdəstədə döyülüb toz halına salınır və 1 kq bal ilə qarışdırılır. Üzərinə 100 qram çiçək tozu əlavə olunduqda daha keyfiyyətli qarışıq alınır.

    Propolis məcunundan halsızlıqda, iştahasızlıqda, xroniki mədə-bağırsaq yaralarında, daxili orqanların göbələk zədələnmələrində, vitamin defisitində, sümük əriməsində, qadınlarda menstruasiya pozulması zamanı, yüksək xolesterində, hamiləlik toksikozlarında, revmatizmdə və prostat vəzin xəstəliklərində istifadə olunur. Bu xəstəliklərdən sonra qanda prostaqlandinlərin miqdarı artır, nəticədə də insan daim narahat və əsəbi olur, bədənində ağrı hiss edir. Toxumalarda prostaqlandinlərin miqdarını azaltmaq üçün ən təsirli vasitə propolis məcunudur.

    Propolis bronxial astma, xroniki bronxitlər, eləcə də vərəm xəstəliyində geniş tətbiq olunur.

    Qadınlarda isə uşaqlıq eroziyaları zamanı 20%-li propolis 1 stəkan suya qarışdırılır və şırınqa edilir.

    20%-li propolis məhlulunun hazırlanması:

    20 qram propolisi 100 qram 70 faizli spirtin içində həll edib pambıqdan süzün, qətrandan təmizləyin, 50 dərəcəyədək isidib kənara qoyun, bu zaman tərkibindəki spirt uçacaq, bundan sonra istifadə edə bilərsiniz.

    Qulaq infeksiyaları zamanı bu məhluldan gündə 3 dəfə hər dəfə 2-3 damcı qulağa tökə bilərsiniz.

    Allergik rinitlər zamanı 2 damcı çıxarış və 1 damcı distillə olunmuş su qarışdırılır, hər iki buruna eyni prosedur 2 dəfə istifadə edilir.

    Sinir ağrısı, üçlü sinir iltihabı, müxəlif mənşəli nevritlər və nevralgiyalar zamanı həm xaricə kompres edə bilərsiniz, həm daxilə məhlulundan qəbul edə bilərsiniz.

  • Axtar

    Məhsullar