• Güləm (Perqa)

    Bir zamanlar cinsi zəiflikdən və sonsuzluqdan əziyyət çəkən insanlar tam da tanımasalar belə güləm vasitəsilə istəklərinə çatmışdılar. Güləm (perqa) Tərkibi Yalnız bal arıları istehsal etdiyi güləm təbii şəkildə olur. O 27 cür mikroelementlərdən , A, B, C, D, P, K, E vitaminləri, fitohormonlar, antibakterial maddələrdən,
    Kalium- 40%
    Maqnezium-25%
    Demir-17%
    Kalsium-17% dən ibarətdir.

    Bal arıları çiçəklərin yetişmiş erkəkciklərini toplayır, ayaqlarındakı səbətlərə yığır və pətəyə daşıyırlar. Şanlarda mumdan hörülmüş, vərəmumla ( propolislə ) dezinfeksiya edilmiş , arıların ağız və bağırsaq şirəsi ilə suvanmış bir kasacıq hazırlayırlar. Yuvada uzun müddət keyfiyyətli qalması üçün arılar topladıqları çiçək tozunu da ağız ve bağırsaq şirəsi ilə yəni xüsusi fermentlə qarisdirib bu kasaciqlara yığırlar. Uc tərəfdən mum, üst tərəfdən balla bağlı olan kasacıqda çiçək tozunun kimyəvi çevrilməsi , reaksiya gedir. Nəticədə müxtəlif çiçəklərdən toplanmış mikroelementlərlə zəngin olan “arı çörəyi” ilə qidalanan cavan işçi arıların süd vəziləri süd istehsal edir. Güləmlə qidalanan arı sürfələrinin kütləsi 3 gündə 1500 dəfə artır. Təbiətdə digər belə qida mövcud deyildir.

    . Güləmin faydasına gəldikdə tərkibində olan rutinin hesabına ürək-damar xəstəliklərində effektivdir. O kapilyarların divarlarını möhkəmləndirir. Maddələr mübadiləsinə təsir edərək bioloji katalizator rolunu oynayır.

    Güləm qaraciyər xəstəliklərində (hepatitlər), mədəaltı vəz xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, cinsi zəisflik, Beyin qan dövranı pozulması, Yumutalıqların fəaliyyətinin zəifləməsi, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı sınanılmış və effektiv təsir göstərir.

    Güləmin istifadə qaydası:

    150 q qaynadılmış suya (35-40 dərəcə) bir çay qaşığı güləm və bir çay qaşığı bal qarışdırıb tənzifdən süzməli. Səhər yeməyindən 1 saat əvvəl kiçik porsiyalarda qəbul etməli.
    Cinsi zəiflik zamanı Güləm tərkibli məcun

    Güləm – 150 q

    Keçibuynuzu meyvəsi tozu – 100 q

    Balqabaq toxumu tozu – 100 q

    Zəncəfil toz – 30q

    Jenşen tozu –  50 q

    Bal 1 kq

    Qarışdırıb gündə 3 dəfə 1 desert qaşığı yeməkdən sonra qəbul et.

    Bununla yanaşı uzun müddət Xroniki prostatitdən əziyyət çəkən kişilər prostal məcun istifadə edə bilərlər.

  • Axtar

    Məhsullar