Azərbaycan təbiəti bal verən bitkilərlə zəngin olduğuna görə, burada arıçılq qədim zamanlardan inkişaf etmişdir. Müxtəlif bal növləri ilə yanaşı, dağ balları da mövcuddur.Qiymət baxımından dağ balı digərlərindən üstündür. Bu fərq, onun ekolojı cəhətdən daha təmiz olması, nektar rəngarəngliyi və arıçı zəhmətinin çox olması ilə izah edilir.
Dağ balı – sarı, çəhrayı və açıq çəhrayı rənglərdə ola bilər. Özünəməxsus xoş ətri ilə seçilir. Xırda dənələrlə xarlanır. Bal xarlandiqdan sonra uzun illər öz keyfiyyətini saxlaya bilir. Dağ balı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Xüsusi ilə: ateroskleroz, ürək-damar xəstəliklərində və açıq yaraların sağalmasında olduqca effektiv təsirə malikdir.
Azərbaycanda, bu bal növü əsasən, Quba, Naxçıvan, İsmayıllı, Lerilk bölgərindən əldə edilir.
Qiymət: 1 kg – 40-50 AZN civarında dəyişir.