Balın faydalı olmasını hamımız bilirik. Lakin balı düzgün şəkildə qəbul etmək lazımdır ki, faydasını görək.
Balın sutkalıq qəbuluna diqqət edin: böyüklər üçün gündə 1-2 xörək qaşığı, uşaqlar üçün 1-2 çay qaşığı kifayətdir;
Balı səhər və ya axşam acqarnına qəbul etmək lazımdır; Səhər acqarnına qəbul olunan bal sizi günboyu enerjili və gümrah edəcək;
Balı davamlı olaraq hər gün yemək lazımdır ki, immun sisteminiz möhləmlənsin və nəticədə siz xəstəliklərlə mübarizəniz güclənəcək;
Balı qaynar çaya və ya suya əlavə etmək olmaz. 40 dərəcədən yuxarı mayeyə əlavə edilmiş bal bütün faydalı xüsusiyyətlərini itirərək, konserogen maddə ifraz etməyə başlayır. Həmçinin, ürəyə böyük güc düşür;
Balı həmin dəqiqə udmayın, ağız boşluğunda bir az saxlayıb dadına baxmaq məsləhətdir ki, bu halda balın tərkibindəki faydalı elementlər daha yaxşı sorulmuş olur;
Bal şirin bir məhsul olduğu üçün ağızda bakteriya yaranmasına və kariyes yaranmasına səbəb ola bilər, odur ki, bal yedikdən sonra ağız boşluğunu yaxalamağı unutmayın;
Balı hər hansı qida ilə birlikdə qəbul etməyin, belə ki, bu halda həzm prosesi pisləşir, və balın tərkibindəki faydalı qidalar tam sorulmur, nəticədə bal köklüyün yaranmasına səbəb ola bilər;
Mədə turşuluğu normadadırsa, balı yeməkdən yarım saat əvvəl, aşağıdırsa 10-15 dəqiqə əvvəl soyuq su ilə qarışdırmaq, yüksədirsə yeməkdən 1,5 saat yarım əvvəl və ilıq suda qarışdırılaraq qəbul edilməlidir;
Əks göstərişlərə diqqət edin! Belə ki, arı məhsullarına qarşı allergiya, kəskin mədə-bağırsaq xəstəlikləri zamanı, bədən temperaturu 38 dərəcədən yuxarı olduqda bal qəbul etmək olmaz;
1 yaşına qədər uşaqlara bal verməyin, bu allergik reaksiyalara səbəb ola bilər.
Sifariş üçün əlaqə nömrəsi: 📲 070 233 15 17
Mağaza ilə əlaqə nömrəsi: (99412) 533 15 17
Propolis mağazasının ünvanı: ➡ Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 71. İnşaatçılar metrostansiyasının yaxınlığı